» » Gözətçini döyüb evi yandırdılar

Gözətçini döyüb evi yandırdılar

Bölmə: Xəbər
Gözətçini döyüb evi yandırdılar
Xəzər rayonunun Zirə qəsəbəsində bağ evində cinayət baş verib.

Xalqinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar. İkimərtəbəli bağ evinin yandığını görən qonşular dərhal müdaxilə etmək istəyiblər. Ancaq yanğının miqyası böyük olduğu üçün onlar yanğınsödürənlərə xəbər veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə huşsuz vəziyyətdə yaralı olan İqor Vasini aşkar ediblər. O, dərhal qonşuların köməyi ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı Xəzər rayon polis idarəsi və ərazi üzrə 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Həmin vaxt onlar quldurluq yolu ilə əldə etdikləri təmir-tikinti alətləri də aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatları araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler