» » Baş Polis İdarəsindən müxalifətin İŞİD bayraqlı mitinqi ilə bağlı açıqlama-

Baş Polis İdarəsindən müxalifətin İŞİD bayraqlı mitinqi ilə bağlı açıqlama- Foto

Bölmə: Xəbər
Baş Polis İdarəsindən müxalifətin İŞİD bayraqlı mitinqi ilə bağlı açıqlama-
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, Baş Polis İdarəsindən verilən açıqlamada deyilir: “Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, “El” hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

* * * 17:04


Müxalifətin mitinqi planlaşdırıldığı kimi saat 17:00-da başa çatdı.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aksiyada 7 minədək müxalifətçinin iştirak etdiyini desə də vizual görüntülər tamam başqa təəssürat yaradır. Hər halda aksiya əvvəlkilərdən daha sönük idi.

* * *

AXCP sədri Əli Kərimli aksiyada çıxış edərək hakimiyyəti repressiv siyasət yürütməkdə ittiham edib.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, müxalifətin mitinqində gözlənilməz hadisə baş verib. Ə.Kərimlinin çıxışı zamanı mitinq iştirakçılarından bir neçəsi aksiyada İŞİD terror qruplaşmasının qara bayrağını qaldırmağa cəhd ediblər. Həmin şəxslər üç nəfər olub. Onları elə müxalifətçilər özləri tutaraq polisə təhvil veriblər.

* * *

Müxbirlərimizin saat 15:20 radələrində verdiyi məlumata görə, aksiyaya 1000 nəfərədək adam qatılıb. Artıq aksiya başlayıb. Milli Şuranın sədri Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimli artıq tribunada yerlərini tutublar.

* * *

Saat 15:00-da müxalifətçilər stadionun ərazisinə buraxılıb. Amma onlar metalaxtaran qurğu ilə yoxlanılıblar. Polis aksiyaya qatılmaq istəyənlərə heç bir maneə yaratmır.

Müxalifətçilər aksiyaya Avropa İttifaqının və Azərbaycanın bayraqları ilə qatılıblar.

Virtualaz.org saytı bildirir ki, Müsavat Partiyasının mitinqdə iştirakına Milli Şuranın sədri Cəmil Həsənli tərəfindən bir neçə gün öncə rədd cavabı verilsə də müsavatçılar aksiyaya qatılıb. Milli Şuranın mitinqində Müsavat Partiyasını keçmiş başqan İsa Qəmbər və indiki başqan Arif Hacılı, sonuncunun qardaşı Mustafa Hacıbəyli təmsil edirlər. Mitinqdə AXP sədri Pənah Hüseynin və müxalifət düşərgəsinin bir sıra tanınmış təmsilçilərinin də iştirak etdiyi bildirlir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler