Nəriman Nərimanovun Tbilisidəki ev muzeyi bərpa edildiBölmə: Xəbər
Bu gün Gürcüstanda səfərdə olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Tbilisidə SOCAR-ın dəstəyi ilə bərpa olunan görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyinin açılışını həyata keçirib. APA xəbər verir ki, açılış mərasimində qırmızı lenti Rövnəq Abdullayev və Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze kəsiblər. Daha sonra muzeyə baxış keçirilib. Muzeyə baxış zamanı R. Abdullayev və M. Georqadzeyə N. Nərimanovun həyat və yaradıcılığı, fəaliyyəti barədə ətraflı məlumat verilib. Rəsmi şəxslər və qonaqlar N. Nərimanovun ev muzeyində görkəmli yazıçı və ictimai xadimin həyat və fəaliyyətinə aid maraqlı eksponatlar, onun əlyazmaları, ona ünvanlanan məktublar, yazıçının kitabları, əsərlərinin fotoşəkilləri ilə tanış olublar ARDNŞ prezidenti R. Abdullayev jurnalistlərə açıqlamasında Tbilisidə açılan muzeyin böyük əhəmiyyət kəsb etdiyini və gələcəkdə bu muzeyin xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcəyini bildirib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Batumidəki konsulu Rəşad İsmayılov, Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, muzey işçiləri və Tbiıisi şəhər sakinləri iştirak ediblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|