Türkiyənin axtardığı şəxs yaxalandı - Bakıda əməliyyatBölmə: Xəbər
Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə Bakıda əməliyyat həyata keçirilib. "Xalqinfo"nun Lent.az-a istinadən əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub. Onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı tədbirlər görülür. Qeyd edək ki, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|