» » Veteran polislər cəbhə bölgəsində

Veteran polislər cəbhə bölgəsində

Bölmə: Xəbər
Veteran polislər cəbhə bölgəsində
Daxili İşlər Nazirliyi (DİN) Veteranlar Şurasının üzvü, istefada olan polis polkovniki Ramiz Axundov və Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elxan Mürsəlov Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Ağcabədi və Daşkəsən rayonlarında səfərdə olublar.

Xalqinfo.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis şöbələrinin şəxsi heyəti və bölgələri təmsil edən ictimaiyyət, gənclər təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib. Əvvəlcə Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub.

“Milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən bu görüşlərdə çıxış edən R.Axundov bildirib ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkədə sabitliyin layiqincə qorunmasının və davamlı inkişafın təmininin əyani təsdiqidir. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıb.

Tədbirin digər iştirakçıları çıxışlarında Silahlı Qüvvələrin şanlı qəhrəmanlıq tarixi ilə tanışlığın gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə etdiyini diqqətə çatdırıblar. Milli Qəhrəman Mübariz İbrahimovun, aprel döyüşləri zamanı şücaət göstərmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Görüşlərdə dini ekstremizmin, radikal cərəyanların, separatçı meyllərin, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları və digər mövzulara da toxunulub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler