» » Bu sistemin gücləndirilməsi ilə bağlı tədbir görülür -Nazir

Bu sistemin gücləndirilməsi ilə bağlı tədbir görülür -Nazir

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Bu sistemin gücləndirilməsi ilə bağlı tədbir görülür -Nazir
Ordumuz sürətli inkişaf dövrü yaşayır.

APA-nın məlumatına görə, bunu bu gün müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.

Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır: “Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatı yüksək səviyyədədir. Hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görülür.

Minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni hərbi hissələr yaradılıb. Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub.

Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler