» » Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar

Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar
Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Türkiyənin Bahçeşehir Universitetinin QALİB MƏZUNLARI olan azərbaycanlı tələbə bacılar Günel və Xeyransa Musayevaları parlamentdə qəbul edib.

Xalqinfo.az Modern.az saytına istinadən xəbər verir ki, Fuad Muradov çıxışı zamanı Azərbaycan prezidentinin gənclərlə bağlı apardığı siyasətə toxunub və bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənc Azərbaycan dövlətinin diqqətində və marağındadır.

“Gənclərə qayğı və diqqət hər zaman davam edəcək. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanda neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu məsələ hər zaman prioritet olub. Hər kəs bilir ki, Azərbaycanın gələcəyi gənclərin üzərindədir. Uğurlu gələcək Azərbaycan gənclərinin adı, potensialı, təhsili, savadı ilə bağlıdır. Statusundan asılı olmayaraq, uğurlu gənclər hər bir azərbaycanlı üçün qürurvericidir”.

Komitə sədri qeyd edib ki, xüsusilə Azərbaycan bayrağını ölkəmizin hüdudlarından kənarda dalğalandıran, Azərbacan adını hər şeydən yüksək tutan gənclər fəxr yerimzidir.

“Bu mənada hesab edirəm ki, siz bacılar Türkiyənin Bahçeşehir Universitetinin qalibi olmaqla həm sizdən sonra gələn gənclərimiz üçün mühüm rol oynayırsınız, həm də 100-dən çox ölkənin içərisində dövlətimizin adını tarixə yazdınız.
Hər bir Azərbaycan vətəndaşının, xüsusilə Azərbaycan gəncinin hədəfində Azərbaycanın müstəqilliyinin daimiliyi, əbədiliyi əsas olmalıdır. Bu, Azərbaycanın müstəqilliyinin var olması ilə bağlıdır. Vətənimizi canımızdan, qanımızdan əziz bilməliyik. Bu gün Azərbaycanda inkişaf var.

Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar

Təbii ki, aparılan quruculuq və digər işlərin hamısı göz önündədir. Bu, dünya səviyyəsində etiraf olunan, qəbul edilən məsələdir.
Ancaq Azərbaycanın ərazi bütövlüyü məsələsində problem var. Ermənistan işğalçılıq siyasətini davam etdirir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, işğal olunmuş bir qarış torpağımız belə, müzakirə mövzusu ola bilməz. Sadəcə, Ermənistan havadarlarının köməyi ilə işğalçılıq siyasətini davam etdirməklə məşğuldur. Azərbaycan tərəfi isə sülh yolu ilə torpaqlarını azad etmək istəyir. Müharibənin fəsadlarını bilirik.

Buna baxmayaraq, Azərbaycanın çox güclü ordusu var və həmin ordu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclik Azərbaycanın dövlətçilik tarixində heç zaman olmayıb. Bu gənclik müstəqilliyə, istiqlaliyyətə, torpaqlarına elə bağlıdır ki, bununla yalnız qürur duymaq olar.

2016-cı ilin aprel hadisələri hamımıza tanışdır. Azərbaycan gəncliyinin harada yaşamasından asılı olmayaraq, aprel hadisələri zamanı bütövləşərək necə ayaqda olduğunu yaxşı xatırlayırıq”.

Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar
















Fuad Muradovla görüşən Musayeva bacıları deyib ki, təhsillərini bakalavr səviyyəsində yekunlaşdırmaq fikrində deyillər.

“Güman ki, magistr təhsilimizi Bahçeşehir Universitetində, sonra isə Amerikada və ya İngiltərədə davam etdirəcəyik. Harda olmağımızdan asılı olmayaraq, Azərbaycançılığı, müstəqilliyi göz bəbəyi kimi qorumağa çalışmaq bizim müqəddəs borcumuzdur. Biz ailə, məktəb tərbiyəsində bunu öyrənmişik. Biz təkcə təhsil sahəsində deyil, sosial və ictimai sahələrdə də aktiv olmağa çalışırıq.

Daha geniş işlər görməyi düşünürük. Türkiyədə və Amerikada olduğumuz müddətdə belə, bizim üçün əsas məsələ Azərbaycan olub. Azərbaycan sərhədlərindən kənarda ata-ana, qohum-əqrəba, yaxud da, hansısa başqa maraqlar yoxdur, yalnız Azərbaycan var, müstəqilik var, Qarabağ var”.

Görüş zamanı Günel və Xeyransa Musayeva bacıları Milli Məclislə daha yaxından tanış olublar.

Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar

Onlar bu tanışlıqdan və diqqətdən məmnun olduqlarını və təşəkkürlərinin diqqətə çatdırıblar.

Qeyd edək ki,Günel və Xeyransa Musayeva bacıları bu il Türkiyənin Bahçeşehir Universitetindən məzun olublar. Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və iqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub.

Digər bacı, Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək, universitet üçüncüsü olub.

Xatırladaq ki, Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib olan, tam ingilis dilində təhsil verən bir ali təhsil ocağıdır. 106 ölkədən 3200 xarici tələbəyə sahibdir. Hazırda 3 qitə, 8 ölkəyə yayılmış Silikon vadisindən Honk-Konqa qədər uzanan 5 universiteti, 4 dil məktəbi, 5 akademik mərkəzi olan Bahçeşehir Universiteti Türkiyənin ən nüfuzlu vəqf universitetidir.

Türkiyədə qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler