» » Kosto-Rikanın XİN rəhbəri Bakıya gəlir

Kosto-Rikanın XİN rəhbəri Bakıya gəlir

Bölmə: Xəbər
Kosto-Rikanın XİN rəhbəri Bakıya gəlir
Kosto-Rikanın Xarici İşlər və Dini etiqad Naziri Manuel Qonzales Sans sabah Azərbaycana rəsmi səfərə gələcək.

Xalqinfo.az News.az-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Kosto-Rikanın XİN rəhbərinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Məlumata əsasən, Manuel Qonzales Sans səfəri çərçivəsində Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması barədə danışıqlar aparacaq.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri cari ilin 1 iyun tarixində Kosta-Rikada rəsmi səfərdə olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler