» » Bayrağımız 162 metrə belə qaldırıldı-

Bayrağımız 162 metrə belə qaldırıldı- Fotolar

Bölmə: Xəbər
Bayrağımız 162 metrə belə qaldırıldı-
Bu gün Azərbaycanın ən böyük bayrağı havaya qaldırılıb.

ans press-in məlumatına görə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam!” aksiyası çərçivəsində Azərbaycan bayrağı ucaldılıb.

Mərasim ictimaiyyətə açıq olub. Belə ki, istəyən şəxs bu prosesi canlı izləyib.

Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb.

Bayrağın qaldırılmasında bir çox dövlət rəsmiləri, ictimai xadimlər, idmançılar iştirak ediblər.

Bu tədbirin ilk dəfə olaraq ictimaiyyətə açıq şəkildə keçirilməsində məqsəd vəzifəsindən, mövqeyindən asılı olmayaraq insanların birliyini göstərməkdir.

Nəhəng bayraq onlarla insanin çiynində meydana gətirilib və 162 m hündürlüyə qaldırılıb.


Qeyd edək ki, bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.
Bayrağımız 162 metrə belə qaldırıldı-
Bayrağımız 162 metrə belə qaldırıldı-
Bayrağımız 162 metrə belə qaldırıldı-
Bayrağımız 162 metrə belə qaldırıldı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler