» » Bakıda qardaş böyrəyini qardaşına verdi

Bakıda qardaş böyrəyini qardaşına verdi

Bölmə: Xəbər, Sosial
Bakıda qardaş böyrəyini qardaşına verdi
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində böyrək transplantasiyası uğurla həyata keçirilib. Xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb.

Xalqinfo.az Modern.az-a istinadən xəbər verir ki, Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə danışıblar:

"Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür".

Qeyd edək ki, aprel ayında yaradılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində urologiyanın və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler