» » İki yük maşını toqquşdu -Biri aşdı

İki yük maşını toqquşdu -Biri aşdı

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
İki yük maşını toqquşdu -Biri aşdı
Hacıqabulda yük maşınları toqquşub, sürücülərdən biri xəsarət alıb.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

“Shacman” markalı yük avtomobili arxadan mişar daşı ilə yüklü olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Aşan avtomobilin sürücüsü Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Əsədov Yaqub Ərzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler