» » Dələduzluqda günahlandırılan vəzifəli şəxs azadlıqda

Dələduzluqda günahlandırılan vəzifəli şəxs azadlıqda

Bölmə: Xəbər
Dələduzluqda günahlandırılan vəzifəli şəxs azadlıqda
Dələduzluqda təqsirləndirilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Xalqinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ceyhun Əsgərov 7 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılın.

Ceyhun Əsgərov Azərbaycan Sənaye Sığorta ASC-nin Sumqayıt filialının sabiq müdri vəzifəsində çalışıb.

O, həmin şirkətdə çalışarkan 91 min manat pulunu mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi.

Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub Ceyhun Əsgərov məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler