» » “Ceyranbatanda yerdən çıxan sudan da içdik”

“Ceyranbatanda yerdən çıxan sudan da içdik”

Bölmə: Xəbər
“Ceyranbatanda yerdən çıxan sudan da içdik”
Xəbər verdiyimiz kimi Sumqayıt şəhərində H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

Xalqinfo” xəbər verir ki, “Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov məsələ ilə bağlı ilkin mülahizələrini Modern.az-la bölüşüb.

Birlik rəsmisi zəhərlənmənin sudan baş vermədiyini deyib:

“Görünür, bu, başqa məsələdir. Bu yaxınlarda tək mən yox, xarici mütəxəssislər, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Ceyranbatan Su Anbarında monitorinq keçirdik. Ordakı suların süzülməsi, əhaliyə verilməsinə nəzarət etdik. Hətta yerindən çıxan sudan da içdik. Bu gün Ceyranbatan Su Anbarında suyun tam təmiz şəkildə əhaliyə verilməsi üçün müasir avadanlıqlar qurulub. Amma nəzərə almaq lazımdır ki, Bakı şəhərinə verilən sular birbaşa deyil, anbarlar vasitəsilə əhaliyə çatdırılır.

Həmin anbarlar və borulardakı vəziyyətlə bağlı monitorinq keçirmədiyimizdən bu barədə əminliklə fikir bildirə bilmirəm”.

D.Məmmədov bildirib ki, əgər anbarlarda, paylayıcı stansiyalarda hər hansı neqativ hal olsa, suyun tərkibi tam yoxlanılmasa zəhərlənmə kütləvi ola bilər:

“Amma ötən gün baş verən zəhələnmənin səbəbinin Ceyranbatanla bağlı olmadığını bilirəm. Hər halda müvafiq araşdırma apardıqdan sonar fikir bildirəcəyəm”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler