» » Diqqət! Keçid balları azaldıldı

Diqqət! Keçid balları azaldıldı

Bölmə: Xəbər, Sosial
Diqqət! Keçid balları azaldıldı
Azərbaycanda dövlət qulluğuna qəbul üçün tələb olunan keçid ballarında dəyişiklik edilib.

Xalqinfo.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Texniki Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrantların iştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

Onun sözlərinə görə, əvvəl nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 bal idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi bu, 65 bal müəyyən edilib.

V.Əsgərov qeyd edib ki, artıq daha yüksək dövlət qulluğu vəzifələrinə qəbulun müsabiqə ilə keçirilməsi nəzərdə tutulur: "Əvvəl inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə dövlət qulluğuna qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələrə qəbul da müsabiqə ilə keçiriləcək”.

V.Əsgərov deyib ki, əvvəl dövlət qulluğuna qəbul üçün test imtahanı hər bir vəzifə üzrə həyata keçirilirdisə, indi test imtahanının vəzifə qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Test imtahanları buna uyğun olaraq, müxtəlif məzmunda təşkil ediləcək.

Şöbə müdiri əlavə edib ki, test imtahanlarında istifadə olunan tapşırıqlarla bağlı da müəyyən dəyişikliklər edilib. Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunması nəzərdə tutulur: "Bu test tapşırıqları qruplardan asılı olaraq müəyyən ediləcək.Vəzifə qruplarında hansı tapşırıqlardan istifadə olunacağı DİM tərəfindən müəyyən ediləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler