» » Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi

Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi

Bölmə: Xəbər
Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi
Yanacaqdodlurma məntəqəsinə daxil olan bir avtobus sürücüsü işdən azad olundu

Bakı Nəqliyyat Agentliyi qəti şəkildə bəyan edir ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi mövzusunda heç bir güzəşt ola bilməz.

Xalqinfo.az Modern.az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, bu gün ictimai nəqliyyatda rastlaşdığımız əsas problemlərdən biri də avtobusların sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə girməsidir:

“Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də kifayət qədər müraciət daxil olmaqdadır. Həmin müraciətlər əsasında dəfələrlə müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıqlar edilib. Nəticədə sərnişinlərin təhlükəsizliyi baxımından ciddi qayda pozuntusu hesab edilən belə hala yol verən sürücülər dərhal işdən azad edilib.

Belə ki, iyunun 2-də Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Bakı Nəqliyyat Agentliyə çağrılıb, sürücünün izahatı alınıb. İyunun 8-dən etibarən daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub”.

Qurum rəsmisi bildirib ki, avtobus sürücülərinin yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarının itirmələrinə səbəb ola bilər:

“Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir. Onu da qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunu 56-cı maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler