» » Azərbaycanda 17 nəfər həbs edildi

Azərbaycanda 17 nəfər həbs edildi

Bölmə: Xəbər, BLOK XƏBƏR
297 şəxsin məcburi qaydada istintaqa gətirilməsi təmin edilibAzərbaycanda 17 nəfər həbs edildi


Vergilər Nazirliyi bu ilin son 9 ayı ərzində vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri haqqında məlumat yayıb.

ans press-in Nazirliyin Analitik-informasiya şöbəsinə istinadla verdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 593 cinayət işi başlanıb.

Həmin cinayət işlərindən 111-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 73-ü külli və xeyli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə əlaqədar səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar, 475-i vergi borcunun ödənilməməsi barədə və 2 iş aksiz markaları ilə markalanmamış malların satış məqsədilə saxlanması faktı barədə vergi orqanlarından daxil olmuş materiallar, 5-si isə qanunsuz sahibkarlıq faktı ilə əlaqədar digər hüquq-mühafizə orqanlarından daxil olan materiallarla bağlı olub.

Hesabat dövründə Departamentin İstintaq idarəsində 283 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 14 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 85 nəfər barəsində 78 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

2014-cü ilin 9 ayı ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 10 milyon 171,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.

İcraatına xitam verilmiş 205 cinayət işindən 146 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (29 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler