» » Elnur Əliyev bu təyinatı alan 3-cü şəxs oldu

Elnur Əliyev bu təyinatı alan 3-cü şəxs oldu

Bölmə: Xəbər
Elnur Əliyev bu təyinatı alan 3-cü şəxs oldu
Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bundan əvvəl Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya və Çində Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.

Elnur Əliyev bu təyinatdan əvvəl Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub. İngilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler