» » Goranboydakı ağır qəzada yaralananların adı açıqlandı

Goranboydakı ağır qəzada yaralananların adı açıqlandı

Bölmə: Xəbər
Goranboydakı ağır qəzada yaralananların adı açıqlandı
Goranboyda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir verir ki, yol qəzası Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində baş verib.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər, Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler