» » Korrupsiya və rüşvətxorluğa qarşı yeni Dövlət Proqramı -

Korrupsiya və rüşvətxorluğa qarşı yeni Dövlət Proqramı - Azərbaycanda

Bölmə: Xəbər
Korrupsiya və rüşvətxorluğa qarşı yeni Dövlət Proqramı -
2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək.

Xalqinfo.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Planda qeyd edilib ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.

Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler