» » Benzinin əvəzedicisi tapıldı

Benzinin əvəzedicisi tapıldı

Bölmə: Xəbər
Benzinin əvəzedicisi tapıldı
Sənayenin müvafiq sahələri üzrə bazarda aparıcı mövqe tutan “Methanex” və “Vestas” şirkətləri bəyan edirlər ki, onlar küləkli hava şəraitinin üstünlük təşkil etdiyi Çilinin Maqallanes regionunda külək enerjisinin layihə sahələrinin işlənməsi üzrə birgə fəaliyyəti genişləndirirlər.

Bir sıra sahələrdə sənaye və kommersiya məqsədləri ilə geniş miqyasda istifadə olunan metanolu bir çoxları benzinin əvəzedicisi və kimyəvi xammal qismində etanolun və hidrogenin alternativi kimi görür. Enerji sektorunda da metanola olan tələbat çox böyük sürətlə artır. Metanol neft tərkibli nəqliyyat yanacağının, habelə neft xammalından hazırlanmış plastmas və kimyəvi məhsulların alternativi kimi də getdikcə daha çox istifadə olunur. “Methanex”-in məlumatına görə, enerji sektorunda metanola olan tələbat hazırda dünyanın ümumi metanol tələbatının üçdə bir hissəsini təşkil edir.

Beynəlxalq bazarda ən iri metanol istehsalçısı və distributoru olan “Methanex” şirkəti Kanadada, Çilidə, Misirdə, Yeni Zelandiyada, və digər ölkələrdə ildə 9 milyon tondan çox metanol istehsal etmək gücündə olan zavodlar işlədir. Şirkət, həmçinin anbar sahələrinin qlobal şəbəkəsinə və dünyada ən iri metanol rezervuar parkına malikdir.

Magellan boğazında Punt Arenasdan 28 kilometr şimalda Kabo Neqroda yerləşən zavod şirkətin istehsal və satış mərkəzi rolunu oynayır. “Methanex” buradan bütün Latın Amerikası hüdudları daxilində, eləcə də Şimali Amerika, Sakit Okean hövzəsi, Asiya və Avropa bazarlarına metanol tədarük edir.

Fasiləsiz çıxarılan təbii qaz metanol istehsalı üçün istifadə olunan xammal kimi üstünlük təşkil edir. Maraqlıdır ki, spirtlərdən ən sadəsi olan metanolu tüstü qazlarından yığılan CO2 emissiyalarından, eyni zamanda, kömürün qazlaşdırılması da daxil, bir sıra tullantılarının əmələ gətirdiyi müvafiq xammaldan almaq mümkündür .

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler