» » Bakıda intihara cəhd

Bakıda intihara cəhd

Bölmə: Xəbər
Bakıda intihara cəhd
Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

Xalqinfo.az-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və polis gəlib.

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb və körpüdən endirilib.

İntihara cəhd edən şəxsin 1986-cı il təvəllüdlü Abbasov İlkin Eldar oğlu olduğu müəyyənləşib.

Onun intihara cəhdinin səbəbi barədə hələlik məlumat yoxdur.

İ. Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb.


01:50...

Bakıda “Koroğlu” metrosunun yaxınlığındakı asma körpüdə növbəti dəfə intihara cəhd hadisəsi baş verib.

ans press-in məlumatına görə, körpünün üstünə çıxan kişi özünü atmaqla hədələyir.

Hazırda hadisə yerinə polis əməkdaşları, FHN xilasediciləri, təcili tibbi yardım briqadaları cəlb olunub.

İntihara cəhdin motivi hələlik məlum deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler