» » Məhəmmədrəsul Məcidov da qızıl qazandı -

Məhəmmədrəsul Məcidov da qızıl qazandı - Gözlənilən qələbə

Bölmə: Xəbər, Idman
Məhəmmədrəsul Məcidov da qızıl qazandı -
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları başa çatıb. "Xalqinfo" xəbər verir ki, bu gün keçirilən final döyüşlərində son olaraq rinqə Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidov çıxıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz suriyalı Manaf Asaadla qarşılaşıb. Görüş Məcidovun qələbəsi ilə başa çatıb.

Beləliklə, 7 gün davam edən yarışda Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

Yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler