» » Sabahdan çimərliklərin monitorinqinə başlanılacaq

Sabahdan çimərliklərin monitorinqinə başlanılacaq

Bölmə: Xəbər, Sosial
Sabahdan çimərliklərin monitorinqinə başlanılacaq
Sabahdan Azərbaycanda çimərliklərin monitorinqinə başlanılacaq.

Xalqinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, monitorinqi Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə aparacaq.

Mayın 16-dan oktyabrın 1-dək aparılacaq monitorinqlər Bakı və Abşeron, Azərbaycanın cənub və şimalında yerləşən bütün çimərlikləri əhatə edəcək. Bu zaman çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa sahil zolağındakı çimərlik sahələr yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlı hesab edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler