» » DİN Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb

DİN Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb

Bölmə: Xəbər
DİN Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb.

apa-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler