» » Avroviziya-2017-nin finalında yaşananlar

Avroviziya-2017-nin finalında yaşananlar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Avroviziya-2017-nin finalında yaşananlar
Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində Avroviziya-2017 mahnı müsabiqəsinin final şousuna start verilib.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin builki ev sahibi Ukrayna və “böyük beşlik” dövlətləri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Qeyd edək ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.
26 ölkə təmsilçisinin çıxışından sonra səsvermə başladı.
Azərbaycan ən yüksək səsini Belarus təmsilçisinə verdi.

42 ölkə səs verdi. Portuqaliya 382 xalla liderdir. Azərbaycan isə 120 xalla 13-cü sıradadır.

İndi isə tamaşaçıların səsi əlavə edilir.

Tamaşaçılardan ən yüksək səsi də Portuqaliya aldı və qalib elan edilidi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler