» » Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bölmə: Xəbər, Sosial
Sabah yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 19-23, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler