» » FHN Heydər Əliyevi andı -

FHN Heydər Əliyevi andı - Fotolar

Bölmə: Xəbər, Siyasət
FHN Heydər Əliyevi andı -
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 5 may 2017-ci il tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. 30 ildən artıq bir müddətdə respublikamıza rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu tükənməz irs xalqımız üçün mayak rolunu oynayacaqdır. Daima Azərbaycan xalqının maraqlarını düşünən ümummilli lider azərbaycanlı olması ilə fəxr edirdi. Dahi Rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilmişdir.

Sonra Milli Məclisin üzvü, professor Hüseynbala Mirələmov müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulamışdır.

Tədbirin sonunda ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olunmuşdur.

FHN Heydər Əliyevi andı -
FHN Heydər Əliyevi andı -
FHN Heydər Əliyevi andı -
FHN Heydər Əliyevi andı -
FHN Heydər Əliyevi andı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler