» » 9 May - Böyük Qələbənin böyük rəqəmləri

9 May - Böyük Qələbənin böyük rəqəmləri

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
9 May - Böyük Qələbənin böyük rəqəmləri
Alman faşizmi üzərində qələbədən 72 il ötür.

Tarixin səhifələrinə bu möhtəşəm qələbə nə qədər böyük hərflərlə yazılıbsa, qələbənin təmin olunmasında da bir o qədər böyük itkilər olub.

Xalqinfo.az-ın məlumatına görə, Böyük Vətən müharibəsi 1418 gün davam edib.

Müharibə dövründə sovetlər birliyindən 27 milyona yaxın insan həlak olub.

Hərbi əməliyyatlar nəticəsində 15 milyona yaxın hərbçi və dinc əhali yaralanıb.

Böyük Vətən müharibəsi illərində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavod, 65 min kilometr dəmiruolu xətti dağıdılıb.

Müharibə zamanı almanlar tərəfindən Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birlikdə yandırılıb.

Ümumilikdə, Sovet İttifaqına 128 milyard ziyan dəyib və o öz maddi sərvətlərinin üçdə bir hissəsini itirib.

Böyük Vətən müharibəsinin ən dəhşətli və ağır dövrlərindən 880 günü Leninqradda yaşanıb. Belə ki, Leninqrad 880 gün düşmən mühasirəsində qalıb. Bu ərəfədə 800 mindən artıq insan aclıqdan və soyuqdan həlak olub.

Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.

Müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 7 milyon nəfər müxtəlif orden və medallara layiq görülüb. Onlardan 11633 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Böyük Vətən müharibəsində 800 mindən artıq qadın iştirak edib. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə illərində SSRİ-də 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minamyot istehsal olunub.

1945-ci ildə Berlində keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3.5 milyon adam, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib.

SSRİ-də 17 il Qələbə bayramı qeyd olunmayıb. 1948-ci ildən 1965-ci ilə qədər 9 may adi iş günü sayılıb və bayram təntənələri keçirilməyib. 1965-ci ildə qələbənin 20 illik yubileyindən sonra 9 may rəsmi bayram kimi qeyd olunmağa başlanıb və iş günü sayılmayıb.

İlk qələbə paradı Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1945-ci ilin iyunun 24-də Moskvada Qızıl meydanda keçirilib. Stalinin əmri ilə paradı Sovet İttifaqı Marşalı Georgi Jukov qəbul edib.

Alman faşizmi üzərində qələbənin təmin olunmasında azərbaycanlıların da rolu az olmayıb. 1941-1945-ci illər ərzində 600 mindən artıq azərbaycanlı ən qızğın döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıblar. Göstərdikləri şücaətlərə görə həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.

Qələbənin təmin olunmasında Bakı nefti ən əsas amillərdən biri olub. 1941-ci ildə neftin istehsalı 23 milyon tona çatıb. Bu isə SSRİ-də istehsal olunan ümumi neftin təxminən 75 faizi demək idi. Bir faktı xatırlatmaq kifayətdir ki, Böyük Vətən müharibəsi illərində hər beş hərbi texnikanın dördü Bakı neftinin hesabına işləyib. Ümumilikdə müharibə ərəfəsində neftçilərimizin gərgin əməyi sayəsində Azərbaycan müharibə üçün 80 milyon tona yaxın neft, 23 milyon ton benzin və digər yanacaq məhsulları verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler