» » Şeyxin köməkçisi oğluna toy etdi

Şeyxin köməkçisi oğluna toy etdi

Bölmə: Xəbər, Din
Şeyxin köməkçisi oğluna toy etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə 1 may tarixində böyük oğluna Lənkəranda toy edib.

Xalqinfo.az unikal.org-a istinadən xəbər verir ki, Hacı Sədi rayondakı şadlıq evlərinin birində böyük oğlu İdrak Axunzadə üçün "dərviş toyu" edib.

Mərasimdə Azərbaycanının tanınmış ziyalıları, elm, din adamları və ən əsası incəsənət nümayəndələri də iştirak ediblər.

Maraqlısı ondandır ki, toy mərasiminə Faiq Ağayev də qatılıb.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Hacı Sədi Axundzadə bildirib ki, toy mərasimini may ayının 1-də keçirməsi təsadüfi deyil:

"İlk öncə İmam Hüseynin doğum günü may ayının 1-nə təsədüf edir. Bizim həyatımızda bunlar önəmli şəxsiyyətlərdən biridirlər. Eyni zamanda may ayında toy etməyimin səbəbi xurafatın qarşısını alması məqsədi güdür. Bəziləri "may ayında toy etmək olmaz" deyə fikirlər səsləndirirlər. Bu deyimlərə cavab olaraq bu addımı atdım. Hesab edirəm ki, may ayında toy etməməklə bağlı deyilən fikirlər xurafatdan başqa bir şey deyil. Heç yerdə belə bir qadağa qeyd olunmayıb".

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler