» » Qəbələdə güclü zəlzələ oldu -

Qəbələdə güclü zəlzələ oldu - 6 bal

Bölmə: Xəbər
Qəbələdə güclü zəlzələ oldu -
Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün səhər yerli vaxtla saat 06:38.07-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb.

10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrdə 6 bal, ətraf rayonlarda 5,4 bal gücündə olduğu bildirilir.
Zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.

Quba rayon icra başçısının müavini Afət Həsənovanın ANS-ə verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub.
Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli sentyabrın 1-də verdiyi açıqlamada qeyd edib ki, ölkə ərazisində hər hansı bir güclü zəlzələnin baş verməsi gözlənilmir: “Katastrofik güclü zəlzələ amilləri hələ ki, yoxdur. İnsanlar narahat olmasınlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler