» » Heydər Əliyev Fondu memorandum imzalayıb

Heydər Əliyev Fondu memorandum imzalayıb

Bölmə: Xəbər
Heydər Əliyev Fondu memorandum imzalayıb
Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Xalqinfo.az xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun - Millətin Liderinin icraçı direktoru Kanat Cumabayev imzalayıblar. Memorandum sosial, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığı əhatə edəcək.

İmzalanma mərasimində, həmçinin Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasına əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Bildirilib ki, bu əməkdaşlıq Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə töhfə verəcək. Qeyd edilib ki, gələcəkdə həm Heydər Əliyev Fondu, həm Qazaxıstanın Birinci Prezident Fondu arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində işlər görüləcək, uğurlu layihələrə imza atılacaq.
Hər iki fondun fəaliyyəti ümumilikdə eyni sahələri əhatə etdiyinə görə gələcəkdə birgə beynəlxalq layihələrin də reallaşdırılmasına nail olunacağı vurğulanıb. Daha sonra Qazaxıstan nümayəndə heyəti Heydər Əliyev Mərkəzindəki sərgi zalları və Heydər Əliyev Muzeyi ilə tanış olub. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini də ziyarət edəcək, burada Fond tərəfindən həyata keçirilən layihələrlə tanış olacaqlar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler