» » Əsəri tarix elmləri doktoru, polkovnik Mehman Süleymanov hazırlayıb

Əsəri tarix elmləri doktoru, polkovnik Mehman Süleymanov hazırlayıb

Bölmə: Xəbər
Əsəri tarix elmləri doktoru, polkovnik Mehman Süleymanov hazırlayıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İran İslam Respublikasındakı hərbi attaşesi, tarix elmləri doktoru, polkovnik Mehman Süleymanovun “Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi” adlı ikicildlik kitabı çapdan çıxıb.

Tehranın “Firuzan” nəşriyyatında çap olunan kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Pərvin Darabadidir.

Kitab XX əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq müstəqilliyini əldə etmiş və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Xalq Cümhuriyyətinin hərbi müdafiəsinin təşkili problemlərinə həsr olunub. Həmin dövrdə ölkənin müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edən Osmanlı Türkiyəsi ilə hərbi əməkdaşlıq və bu əməkdaşlığın nəticəsində yaradılmış Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlaliyyəti uğrunda fəaliyyəti kitabda tarixi faktlara istinadən geniş şəkildə araşdırılıb.
Kitabda, eyni zamanda, general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə müstəqil Azərbaycan Milli Ordusunun formalaşdırılması və ölkənin ərazi bütövlüyünün qorunması sahəsindəki tarixi fəaliyyəti arxiv materialları əsasında tədqiq edilib.

Qafqaz İslam Ordusunun meydana gəlməsi səbəblərinin araşdırılması Azərbaycan və türk xalqlarının qəhrəmanlıq tarixinin öyrənilməsi baxımından zəruri və əhəmiyyətlidir. Bu ordunun təşkili və fəaliyyəti hər iki xalqın hərb tarixinin mühüm bir mərhələsini təşkil edir və bu mərhələ lazımi şəkildə tədqiq edilərək Azərbaycan və Türkiyə tarixində layiqli yerini tutmalıdır.

Qeyd edək ki, polkovnik M. Süleymanovun 2011-ci ildə Tehranda iki cilddə “Azərbaycanın hərb tarixi (sovet dövrü)” kitabı da çap edilib. Həmin kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hərbi quruculuq işlərinin araşdırılmasına da geniş yer ayrılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler