» » Azərbaycanda suvarma üçün maraqlı qurğu -

Azərbaycanda suvarma üçün maraqlı qurğu - Video

Bölmə: Xəbər
Azərbaycanda suvarma üçün maraqlı qurğu -
Su kanallarından suyu sahələrə ötürmək üçün su nasoslarından istifadə edirlər.

Xalqinfo.az “Xəzər xəbər”ə istinadən məlumatına görə, Ağdaş sakini elə qurğu düzəldib ki, suyun axması ilə hərəkətə gəlir, heç bir enerji xərci olmadan 2 metr aşağıdan suyu alaraq borulara və oradan da əkin sahələrinə ötürür.
Sadəcə armaturlar, vedrələr və dəmir şiferlərdən istifadə olunub.

Kənd sakininin zəruri su ehtiyacı səbəbindən ərsəyə gətirdiyi bu qurğu 2 mətr dərinlikdən suyu sahələrə ötürür. Ağdaş Rayonun Şıxlı kənd sakini 41 yaşlı Səbuhi Mustafayev ixtisasca rabitəçidir. Baxmayaraq o, kənd təsərrüfatı işləri ilə də çox məşgul olur. Ancaq su kanalının əkin sahəsində xeyli aşağıda olması əkin biçinə xeyli çətinlik törədirdi. Elə buna görə də sahələri suvarmaq üçün belə bir qurğu hazırlamaq qərarına gəlib. Üstəlik qurğu suyun axması ilə özü hərəkətə gəlir və heç bir enerji xərci yoxdur.

Səbuhi Mustafayevin sözlərinə görə, əkin sahələrinin suvarılma problemi var. Qurğu vasitəsi ilə sahələr qisməndə olsa suvarıla bilər. Digər sakinlər də belə sistemin işləməsində maraqlıdr.

Qurğunu ərsəyə gətirən Səbuhi Mustafayev deyir ki, gələcəkdə onu daha da təkmilləşdirəcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler