» » “Düşmən əsgərləri qorxu içindədir” -

“Düşmən əsgərləri qorxu içindədir” - Polkovnik İlqar Əliyev

Bölmə: Xəbər
“Düşmən əsgərləri qorxu içindədir” -
“Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən Ermənistan silahlı qüvvələrinin “OSA” zenit raket kompleksindən istifadə etməsi barədə yayılan xəbər məni o qədər də təəccübləndirmədi və həyəcanlandırmadı”.

AzVision.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. Onun sözlərinə görə, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz.

“Tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Maraqlandım və öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Keçmiş hərbçi olaraq, dostlarla əlaqə saxlayıb hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-nı vurub yerə salıb.

Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-ların məhv ediblər”.

İlqar Əliyev bildirib ki, öz PUA-sını məhv edən, eləcə də boşa çıxan üçüncü raketin də öz səngərləri üzərində partladığından mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisinin də böyük qorxu və təşvişə düşməsi gələn məlumatlar içərisindədir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler