» » Milyonçu əməli ilə 10 yaşlı yoxsul qızı sevindirdi - Görün nə etdi

Milyonçu əməli ilə 10 yaşlı yoxsul qızı sevindirdi - Görün nə etdi

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Milyonçu əməli ilə 10 yaşlı yoxsul qızı sevindirdi - Görün nə etdi
Almatalı biznesmen Kayrat Kudaybergen Aktobe şəhərində evləri yanmış 10 yaşlı qızın müraciətinə səs verərək, onun ailəsinə 3 otaqlı mənzil bağışlayıb.

Xalqinfo.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, biznesmen dostlarını daha 74 ailəyə mənzil bağışlamaq üçün hərəkətə keçməyə səsləyib. O, bu xeyirxah işə qazaxıstanlı sahibkarları qoşulmağa çağırıb.

"Mən bütün dostlarımı, ölkəmizin bütün iş adamlarını bu təşəbbüsə qoşulmağa çağırıram. Daha 74 ailə var ki, onlar çətin vəziyyətdirlər və köməyə ehtiyac duyurlar. Əgər imkanınız varsa, gəlin kömək edək", - deyə sahibkar müraciət edib.

10 yaşlı Məhəbbət Еşimova Aktobe şəhərindəki evlərini güclü sel dağıdandan sonra göz yaşları içində ölkə hakimiyyətinə müraciət edərək, kömək istəmişdi. Onun emosional videomüraciəti internetdə izləyici sayına görə rekord qırıb.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler