» » “Qəhramanlıq Səlnaməsi” adlı turnirdə millət vəkili Adil Əliyev və zabitimiz Ramil Səfərov-

“Qəhramanlıq Səlnaməsi” adlı turnirdə millət vəkili Adil Əliyev və zabitimiz Ramil Səfərov- Fotolar

Bölmə: Xəbər
“Qəhramanlıq Səlnaməsi” adlı turnirdə millət vəkili Adil Əliyev və  zabitimiz Ramil Səfərov-
Ramil Seferov adına "Cənub" Kikboksinq klubunun baş katibi Fuad Rəsulun Xalqinfo.az-a verdiyi məlumata əsasən,
Sentyabr ayının 27-də Ramil Səfərov adına "Cənub" Kikboksinq klubunun yaranmasının 5 illiyinə həsr olunmuş “QƏHRƏMANLIQ SƏLNAMƏSİ” adlı turnir keçirilmışdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Himn səsləndikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladları, eləcə də Müstəqil Azərbaycanımızn Memarı ümummilli lider Heydər Əliyev bir dəqiqəlik sükutla yad edildi.
Yarışın təşkilatçısı Ramil Seferov adına "Cənub" Kikboksinq klubunun Direktoru və baş məşqçisi, WPKA-nin(Dünya Professional Kikboksinq Assosasiyasının) dünya çenpionu Samir Həsənov Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə kluba göstərdiyi xüsusi diqqət və qayğıya görə idmançılar adından minnətdarlığını bildirdi.
“QƏHRƏMANLIQ SƏLNAMƏSİ” adlı turnirdə Millət Vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Adil Əliyev və həmçinin Qəhrəmanımız Azərbaycan Ordusunun zabiti Ramil Səfərov iştirak etmişdir.
Turnirdə Millət Vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Adil Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının federasiyalar qarşısında verdiyi tapşırıqları gənc idmançıların nəzərinə çatdirmışdır. Olimpiya və qeyri-olimpiya növündən asılı olmayaraq bütün federasiyalar idmanda kütləviliyi təmin etməlidir. Bu gün məqsəd o deyil ki, on min idmançı içərisindən min nəfər çempion olsun. Ən azından 5 min nəfəri rinqə çıxıb öz rəqibi ilə gözü qorxmadan vuruşa bilirsə, zərbələrə alışırsa, sabah səngərdə düşmənlə üz-üzə duranda o, qorxmayacaq, ordunun sağlam əsgəri olacaq. Biz ordumuza sağlam insan yetişdirək. Kikboksinq Federasiyası kimi hesab edirik ki, cənab prezidentin qarşımıza qoyduğu məsələnin öhdəsindən qismən də olsa gələ bilmişik.
Cıxışının sonunda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev kikboksçulara öz dəyərli məsləhətlərini verərək, hər zaman idmançılara dəstək olacağını bildirmişdir.
Qeyd edim ki,A.Əliyev 2000-ci ildən Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının prezidentidir.
Sonra Qəhrəmanımız Azərbaycan Ordusunun zabiti Ramil Səfərov "Cənub" Kikboksinq klubunun yaranmasının 5 illiyi münasibəti ilə gənc idmançıları təbrik edərək, onlara uğurlar arzuladı. Bu gün Azərbaycanda idmançılarımıza göstərilən xüsusi diqqət və navazişə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına minnətdarlığını bildirdi.
Tədbir sonunda xatirə fotosu çəkildi.

“Qəhramanlıq Səlnaməsi” adlı turnirdə millət vəkili Adil Əliyev və  zabitimiz Ramil Səfərov-
“Qəhramanlıq Səlnaməsi” adlı turnirdə millət vəkili Adil Əliyev və  zabitimiz Ramil Səfərov-
“Qəhramanlıq Səlnaməsi” adlı turnirdə millət vəkili Adil Əliyev və  zabitimiz Ramil Səfərov-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler