» » Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi

Bölmə: Xəbər
Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi
Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib.

Xalqinfo.az xəbər verir ki, Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan prezidenti bildirib:

“Bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrini müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.

Qazaxıstan Respublikası prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assambleyanın sədri ölkə prezidenti Nursultan Nazarbayevdir.

Qeyd edək ki, A.Xamedov həm də iş adamıdır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler