» » Bu yola çıxsaz 40 manat cərimələnəcəksiz - Sürücülərin nəzərinə

Bu yola çıxsaz 40 manat cərimələnəcəksiz - Sürücülərin nəzərinə

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
Bu yola çıxsaz 40 manat cərimələnəcəksiz - Sürücülərin nəzərinə

Nazirlər Kabineti Azərbaycanda gələn ay keçiriləcək IV İslam Olimpiya Oyunları ilə bağlı paytaxtda çəkilən zolaqlarda hərəkətin qadağan olunması ilə bağlı sərəncam verib.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev açıqlamasında bildirib ki, həmin zolaqlar yalnız IV İslam Olimpiya oyunlarına cəlb olunmuş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub: “Mayın 5-dən 25-dək operativ nəqliyyat vasitələri (qəza xidməti, polis, yanğınsöndürən və təcili tibbi yardım avtomobilləri) istisna olmaqla, digər nəqliyyat vasitələrinin o zolağa çıxmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Qəzadan yayınmaq və ya digər hallara görə həmin zolağa çıxanlara da güzəşt edilməyəcək. Əgər nizamlayıcı özü avtomobilləri “Oyun zolağı”na yönəldərsə, o zaman sürücülər məsuliyyət daşımayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler