» » Zakir Qaralovdan yeni təyinat

Zakir Qaralovdan yeni təyinat

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Zakir Qaralovdan yeni təyinat
Prokurorluq orqanlarında yeni təyinat olub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhər prokuroru təyin olunub.

Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler