Azərbaycanlı diplomatın arvadı oğurluqda ittiham olunur - ABŞ-daAzərbaycanlı diplomatın həyat yoldaşı ABŞ-da mağazalardan birindən oğurluq etməkdə ittiham olunur. “Xalqinfo” xəbər verir ki, bu barədə nydailynews yazır. Məlumata görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşı 29 yaşlı Mehriban Cəbrayılova uşaq arabasına qoyduğu 188,88 dollarlıq malın ödənişini etmədən univermaqdan çıxmağa çalışıb. Mühafizəçi onu saxladıqda isə Cəbrayılova diplomatik toxunulmazlığı olduğunu bildirib. Bundan sonra diplomatın həyat yoldaşı buraxılıb. Lakin bununla bağlı dövlət departamentinə məlumat verilib. Belə ki, bu kimi hallarda həmin şəxslərin diplomatik toxunulmazlığı ləğv edilə və haqlarında cinayət işi açıla bilər. Adətən cinayət işinin daha ağır cinayətlər üçün açıldığı da vurğulanır. M.Cəbrayılova hadisəni şərh etməkdən imtina edib. Diplomat isə belə bir hadisənin baş vermədiyini deyib. Univermağın meneceri isə şərh verməkdən imtina edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|