» » FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yayıb

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yayıb

Bölmə: Xəbər, Kriminal
FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi ötən axşam Lənkəran rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Xalqinfo.az FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran rayonu, Velədi kəndi ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri ilə “Howo” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:55-də başa çatıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler