» » Qərb Universitetində Qənirə Paşayeva ilə görüş keçirilib

Qərb Universitetində Qənirə Paşayeva ilə görüş keçirilib

Bölmə: Xəbər, Sosial
Qərb Universitetində Qənirə Paşayeva ilə görüş keçirilib
Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə tələbələrin görüşü keçirilib.

"Xalqinfo" xəbər verir ki, millət vəkili karyera nailiyyətləri mövzusunda çıxış edib, fikir və mülahizələrini bölüşüb.

Natiq Qərb Universitetinin böyük ənənələri olan təhsil ocağı olduğunu qeyd edib, gənclərin fəallığının əhəmiyyətini vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan bəhs edib. Q.Paşayeva tələbələri Qərb Universitetində keyfiyyətli təhsil və xarici dilləri öyrənmək üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib.

Millət vəkili tələbələrlə müxtəlif mövzularda fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Q.Paşayeva gənclərə təhsillərində uğurlar arzulayıb, Qərb Universitetində aldıqları təhsilin onların gələcək uğurları üçün baza rolunda çıxış edəcəyinə əminliyini ifadə edib.

Qərb Universitetində Qənirə Paşayeva ilə görüş keçirilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler