» » Azərbaycanda görünməmiş hadisə - Bu evdə əşyalar öz-özünə yanır

Azərbaycanda görünməmiş hadisə - Bu evdə əşyalar öz-özünə yanır

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda görünməmiş hadisə - Bu evdə əşyalar öz-özünə yanır
Biləsuvar rayonunun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır.

Məlumata görə, evdə ilk belə hadisə mart ayının 4-də baş verib. Əsasən günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.

Evin zirzəmisində olan elektrik fanarlarının da ayırıcısı qəfildən yanıb. Bunun elektrik naqlillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətlərini tamamilə dirəklərdən ayırıb.

Mənbəyi hələlik məlum olmayan yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikililərdə- hamamda da baş verib.

Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər. (Xəzər TV)



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler