» » “Sara” 6 gün sonra kinoteatrdan yığışdırılıb -

“Sara” 6 gün sonra kinoteatrdan yığışdırılıb - Açıqlama

Bölmə: Xəbər, Mədəniyyət
“Sara” 6 gün sonra kinoteatrdan yığışdırılıb -
Aprelin 5-də təqdimatı olan “Sara” filmi uğur qazanmayıb.

Xalqinfo” xəbər verir ki, dram janrında çəkilən film bu ayın 7-də Nizami Kino Mərkəzində yayımlanmağa başlayıb.

Elvin Əhmədovun rejissorluq etdiyi ekran işi 6 gündən sonra ( 13 aprel) kinoteatrdan yığışdırılmağa başlayıb. Səbəb isə filmə marağın və bilet satışının az olmasıdır.

Kinoteatrın rəsmisi Arzu Əhədova açıqlamasında bildirib ki, tamaşaçıların dram janrında çəkilən filmlərə marağı azdır:

“Bu ilin əvvəlindən yerli filmlər arasında ən çox baxılan film “Stalinin başı”dır. İkinci “Hoqqa”, üçüncü isə “Niyə?” filmləridir. Deməli, kinoteatrla distribyuter arasında sublisenziya adlı müqavilə bağlanılır. Kinolar repertuara çıxarılır. Vaxtı bitdikdən sonra repertuardan çıxarılır. Lakin, filmin uzunmüddət yayımlanmasına səbəb tələbatdan asılıdır. İndi ən çox komediya janrında filmlərə az baxılır. “Sara” filmi cəmi 1 həftə yayımlanıb. Drama janrında idi, tamaşaçı isə bu tipli filmlərə baxmır”.

Xatırladaq ki, filmdə xalq artisti Rasim Balayev, Qurban İsmayılov, Aysel Nazim və başqaları rol alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler