» » Akif Əlizadə Titovla görüşdü -

Akif Əlizadə Titovla görüşdü - Əməkdaşlıq sazişi imzalandı

Bölmə: Xəbər, Sosial
Akif Əlizadə Titovla görüşdü -
AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” Muxtar Qeyri-KommersiyaTəşkilatının baş direktoru İqor Titovla görüşüb.

Xalqinfo.az xəbər verir ki, mərkəzin baş direktoru öncə Bakıya səfərindən məmnunluğunu ifadə edib. AMEA-nın Yüksək Texnologiyalar Parkını ziyarət etdiyini deyən İqor Titov “YT Park”ın maddi-texniki bazası və elmin kommersiyalaşdırılması istiqamətində innovativ layihələri ilə tanış olduğunu bildirib.

“YT Park”ı elm və istehsalat adamlarını bir araya gətirən məkan olaraq yüksək qiymətləndirib. Sonra İ.Titov rəhbərlik etdiyi mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, 1994-cü ildə yaradılan mərkəzin əsas məqsədi Moskva şəhərində texnoparkların inkişafına dəstək vermək və beynəlxalq bazarlarla biznes əməkdaşlığı qurmaqdan ibarətdir.

Qeyd edib ki, mərkəzin fəaliyyət perspektivində inkişaf strategiyası kimi əsas diqqət MDB ölkələrinin texnoparkları ilə tərəfdaşlıq əlaqələri yaratmağa yönəlib. Mərkəz rəhbəri birgə innovativ layihələrin həyata keçirilməsinə dair təkliflərini də diqqətinə çatdırıb.

Akademik Akif Əlizadə görüşdə AMEA ilə “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” MQKT arasında yeni əlqələrin elmi-innovasiya potensialı sahəsində gələcək əməkdaşlıq perspektivləri üçün böyük zəmin yaradacağına əminliyini bildirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və “YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iştirak ediblər.

Sonda “YT Park” və “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” MQKT arasında ikitərəfli əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq Sazişi imzalanıb.

Sənəddə innovasiya siyasətinin reallaşdırılması məqsədilə tərəflərin birgə fəaliyyəti, o cümlədən yüksək texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi üçün infrastrukturun yaradılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, texnopark, sənaye kompleksləri və digər bu kimi sahələrin inkişafına dəstəyin verilməsi məsələləri öz əksini tapır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler