» » 2 il əvvəl evdə toy oldu... -

2 il əvvəl evdə toy oldu... - O gündən qəribə hadisələr baş verir

Bölmə: Xəbər
2 il əvvəl evdə toy oldu... -
Goranboyun Boluslu kəndində Hüseynovlar ailəsi son vaxtlar öz doğma evlərində rahat yaşaya bilmir. Günün müxtəlif saatlarında həyətə yazılı kağıza bükülü daş atıldığı iddia olunur. Lakin bunun kim tərəfindən törədildiyi bilinmir.

"Xalqinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, ev sahibi Şamama Hüseynova böyük oğlunun 2 il əvvəl ailə həyatı qurub evə gəlin gətirəndən sonra bu xoşagəlməz halların başladığını deyir. Baş verənləri aydınlaşdırmaq üçün mənzilin bir neçə yerinə kamerlar da quraşdırılıb. Maraqlı məqam ondan ibarətdir ki, evin gəlini hansı məkana gedirsə, orada eyni hal təkararlanır.

Müəmmalı yanğın bu gün günorta saatarında da baş verib. Vüqar Hüseynovun evinə bitişik yarımçıq tikili qəfildən alovlanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb, alovun genişlənməsinin qarşısı alınıb.

Baş verən hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsinə də məlumat verilib. Polislər əraziyə baxış keçirib. Hazırda araşdırmalar davam etdirilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler