» » Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi

Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi

Bölmə: Xəbər, GÜNDƏM
Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi
Təlimlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Müdafiə Nazirliyindən Xalqinfo.az-a verilən məlumata görə, qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi
Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi
Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler