» » Əxlaqsızlıq yuvaları təşkil etməyə görə cəza sərtləşdirilir

Əxlaqsızlıq yuvaları təşkil etməyə görə cəza sərtləşdirilir

Bölmə: Xəbər
Əxlaqsızlıq yuvaları təşkil etməyə görə cəza sərtləşdirilir
Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəza ağırlaşdırılır.

Xalqinfo.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırki qanunvericiliyə əsasən, hazırda bu əməllərə görə dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bundan sonra fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimənin də tətbiq olunması təklif edilir. Ölkə ərazisində indiyədək qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliklə 10 min manatdan 15 min manatadək cərimənin də tətbiq olunması təklif olunur.
Dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler