» » Azərbaycanda adını dəyişmək istəyənlərin sayı artıb

Azərbaycanda adını dəyişmək istəyənlərin sayı artıb

Bölmə: Xəbər
Azərbaycanda adını dəyişmək istəyənlərin sayı artıb
Azərbaycanda adını və soyadını dəyişmək üçün müraciət edənlərin sayı artıb.

"Xalqinfo" xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində 2967 şəxs adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət edib. 2015-ci il ərzində isə belə müraciət edənlərin sayı 2314 nəfər olub.

Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsasən adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. səbəblər göstərilib.

Nazirlikdən o da əlavə edilib ki, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler