» » Ziya Məmmədov bütün əmlakını satışa çıxarır

Ziya Məmmədov bütün əmlakını satışa çıxarır

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Ziya Məmmədov bütün əmlakını satışa çıxarır
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir.

Xalqinfo” xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeyd edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız 1 dəfə medianın sualına cavab verən Z. Məmmədov “daha sıravi vətəndaşam”, “dincəlirəm” demişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler